Modern.az

Hər zaman irəlidə, “İRƏLİ” ilə olmaq diləyi ilə, bayramınız mübarək!

Hər zaman irəlidə, “İRƏLİ” ilə olmaq diləyi ilə, bayramınız mübarək!

22 İyul 2014, 18:49

 

Mirhəsən Seyidov

 

Hamımıza bəlli olduğu kimi, Milli Mətbuatımızın banisi görkəmli şəxsiyyət Həsən bəy Zərdabidir.  Mətbuat məhs onun adı ilə bağlıdır. 1875-ci ilin, 22 iyul tarixindən etibarən, ”Əkinçi”-si ilə başlayaraq, Milli mətbuat yaranmış, ölkədə və dünyada baş verən bütün hadisələrlə cəmiyyəti məlumatlandırmağa başlamışdır.  “Əkinçi” qəzeti  xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Bu da, mətbuatın yalnızca bir şəxsin düşüncələrinə deyil, ümümi  cəmiyyətin reputasiyasına böyük bir  təsir olduğuna ən bariz nümunədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə olan dəyərini yəqin ki, heç kəs dana bilməz. Söz və mətbuat azadlığı olan ölkədə bir fəal gənc və gənc təşəbbüskarlar kimi çalışmaq daha rahat və məsuliyyətlidir.  İşlərimizdə daha da qətiyyətli və yararlı olmaq kimi missiyalar yaranır qarşımızda.  Çünki, mətbuat azadlığı olan bir cəmiyyətdə, başverən hadisələrə mətbuat ,“GÜZGÜ” obrazını təqdim edir – həqiqətləri yansıyır.

“2011-2015 Gənclər Siyasəti” Dövlət Proqramı, cənab Prezident tərəfindən imzalandığı andan bu günə qədər, gənclər üçün yaranmış bütün imkanlarda və aradan qaldırılmış bütün maneələrdə, mətbuat da biz gəncləri bu günə qədər dəstəkləyib və işlərimizdə yardımçı olub.

“İRƏLİ” İB və Mətbuat arasında daim bağlılıq olduğu hər kəsə məlumdur. Hər anımızda, hər işimizdə, hər uğur başlanğıcı və uğur astanamızda bizimlə idi. Fəaliyyətimizi, işlərimizi, naliyyətlərimizi işıqlandırıb. Buna görə mən, bütün “İRƏLİ” ailəsi adından, bizim yanımızda olan, bizi dəstəkləyən mətbu qurumlara sonsuz təşəkkürümü bildirirəm. 

Mətbuat gücdür. Mətbuat silahdır. Mətbuatsız cəmiyyət, ölü cəmiyyətdir . Mətbuatın varlığı, informasiya varlığıdır. İnformasiya varlığı, bizim fəaliyyətlərimizin varlığıdır. Fəaliyyətimizin varlığı isə, yeni uğurların yaranmasına ən böyük səbəbdir. Bu gün, “İRƏLİ” İB olaraq, jurnalist dostlarımızı unutmadıq və maraqlı bir yeniliyə imza atdıq. “İRƏLİ” komandası olaraq “Gənc Əkinçi” – məhdudsaylı, eksklüziv olan qəzet nüsxələri dərc etdik və jurnalist dostlarımıza hədiyyə etdik. Qəzetimizin məqalələri, dostlarımızın qələmi qədər iti olan qələmlə yazılmasa da, bu hədiyyəni bəyənəcəklərinə ümidvarıq . Qələminiz həmişə olduğu kimi iti, xəbəriniz bol olsun, əziz “Əkinçilər”.

Hər zaman irəlidə, “İRƏLİ” ilə olmaq diləyi ilə, bayramınız mübarək!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir