Modern.az

Gənclər üçün zərərin azaldılması

Gənclər üçün zərərin azaldılması

8 İyul 2010, 16:29

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində zərərin azaldılması” layihəsinin icrasını davam etdirir.

Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir. Sentyabr ayının sonunadək davam etdiriləcək layihə çərçivəsində Sumqayıt şəhərində “yardım məntəqəsi” yaradılıb ki, bu da öz növbəsində layihə fəaliyyətlərinin reallaşdırılmasına xidmət edir. Yaradılmış məntəqə gənclər üçün təlimlər və profilaktik tədbirlər təşkil etməklə yanaşı, narkotikə aludə olan gənclərin həkimlərə göndərilməsini, psixoloji və hüquqi yardımlar almasını tənzimləyir.

“Qeyd edək ki, bu günədək 3800-dən çox gənc bu layihənin həyata keçirdiyi fəaliyyətlərdən birbaşa bəhrələnib”-deyə mərkəzdəm Modern.az-a bildirilib.

Mərkəzin mətbuat xidmətinin məlumatına əsasən layihənin ictimai əhəmiyyətliliyini nəzərə alaraq növbəti ildə Sumqayıt şəhərində narkotik istifadəçisi olan və artıq istifadəçisi olmuş gənclər üçün asudə vaxtın səmərəli təşkili mərkəzinin yaradılması nəzərdə tutulur. Yaradılması planlaşdırılan mərkəz vasitəsilə həmin gənclərin peşə bacarıqlarının artırılmasına, müxtəlif təlimlər keçməsinə, informasiya kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələrinə köməklik göstəriləcək. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi