Modern.az

Ərinə xəyanət etmiş iranlı qadın 99 şallaq cəzası alıb

Ərinə xəyanət etmiş iranlı qadın 99 şallaq cəzası alıb

9 İyul 2010, 11:23

İranda ərinə xəyanətdə ittiham olunan 43 yaşlı qadın daşqalaq olunmaqdan xilas oldu. Modern.az BBC-yə istinadən xəbər verir ki, İran hakimiyyəti bəyan edib ki, ərinə xəyanət etmiş qadın ölənə kimi daşqalaq olunmayacaq.

Səkinə Məhəmmədi Aştiani 4 il əvvəl “qanundanəkənar nikah əlaqələri”ndə ittiham olunub. O şəriət qanunları ilə ölənə qədər daşqalaq olunmalı idi. Bundan əlavə, qadın 99 şallaq cəzası da alıb. 

İran səfirliyinə istinadən məlumat yayan Böyük Britaniya KİV-i bununla belə, ərinə xəyanət etmiş qadın barədə çıxarılmış ölüm hökmünüü qadağan olunub-olunmadığı barədə  məlumatsızdır.

Birləşmiş Ştatlar və Böyük Britaniya Tehranı adı çəkilən işə yenidən baxmağa çağırıb. Bu ölkələr xatırladıblar ki, siyasi və vətəndaş hüquqları barədə Konvensiya çərçivəsində götürmüş olduğu öhdəliklərə müvafiq olaraq İran  ölüm cəzasının bu növündən imtina etməlidir.

   

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!