Modern.az

İctimai Birlik dini mövzuda jurnalist yazılarının müsabiqəsini elan edib

İctimai Birlik dini mövzuda jurnalist yazılarının müsabiqəsini elan edib

9 İyul 2010, 16:46

İyulun 9-da Atatürk Mərkəzində “Qadın Konsesus Mərkəzi” İctimai Birliyi qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətina dair dəyirmi masa keçirib.

Modern.az-ın məlumatına görə, İctimai Birlik Bakı və Sumqayıt şəhərlərində 100-ə yaxın respondent arasında sosioloji sorğu keçirib. Müxtəlif yaş və sosial qruplara aid respondentlərin iştirakı ilə keçirilən sorğuda 87% ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini təriqətlər barədə xəbərdar olduğunu deyib.

Sorğu iştrakşılarının 16%-i qeyri-ənənəvi dini təriqətlərin üzvu oldüğunu gizlətməyib. Onlar əsasən “nurçular” və “vəhabilər” adı ilə tanınan təriqətlərə qoşulduqlarını bəyan ediblər.

Sorğunun nəticələrini açıqlayan Qadın Konsesus Mərkəzinin rəhbəri, millət vəkili Aynur Quliyeva bildirib ki, hazırda ölkəmizdə bir sıra missioner təşkilatlar rahatlıqla fəaliyyət göstərir və onlar insanları öz tərəflərinə cəlb etməyə çalışır. “Ən böyük təhlükə ondadır ki, bu təşkilatlar daha çox uşaqlar və gənclərlə işləməyə meyillidirlər. Məncə bu bizim milli təhlükəsizliyimizə, dövlətçiliyimizə təhdiddir. Düzdur bu yöndə müvafiq dövlət qurumları fəaliyyət göstərir. Amma biz də media və vətəndaş cəmiyyəti olaraq bu müvzüda araşdırma aparmalıyıq”.

A.Quliyeva qeyd edib ki, bu cür təriqətlərin bəziləri Azərbaycanda erkən nigah, ailədaxili zorakılığı təbliğ edir. “Bəzi dini təriqətlər var ki, onlar umumiyyətlə təhsilin əleyhinədir. İslamdan fərqli olaraq, bu cərayanlar qadın və kişi arasında bərabərlik işarəsinin götürülməsinə çalışır”.  

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri hacı İlqar İbrahimoğlu bildirib ki, mediada dinə aid mövzüların işıqlandırmasında böyük boşluq var. Din jurnalistikası o qədər də ciddi inkişaf etməyib. Dində olan mövzuların ictimai prosesdəki fenomenlərlə əlaqələndirilməsi istiqamətində araşdırma yazıları  yoxdur. Folosof  Niyazi Mehdi bildirib ki, jurnalistlər zərərli təriqətlərin insan haqlarına hansı ziyanı vurduğunu araşdırmalıdırlar. 

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsi çərçivəsində jurnalistlər arasında müsabiqə elan edib. Müsabiqə nəticəsində qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti ilə bağlı ən yaxşı jurnalist yazılarına xüsusi mükafat təqdim ediləcək.

Müsabiqənin qalibləri üçün təxminən 5 yer nəzərdə tutulub. 1-ci yer - 1 nəfər- 300 manat 2-ci yer - 1 nəfər- 200 manat 3-cü yer - 3 nəfər- 450 manat(hərəsi 150 manat) Müsabiqədə iştirak etmək istəyən jurnalistlər avqust ayının 10-a kimi öz yazılarını yazılı və elektron formada təqdim edə bilərlər. Qaliblər sentyabrın 10-dək elan olunacaq.

 

 

 

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub