Modern.az

Mirmahmud Mirəlioğlunun 17 yaşlı oğlu vəfat edib

 Mirmahmud Mirəlioğlunun 17 yaşlı oğlu vəfat edib

2 Oktyabr 2009, 20:44

Modern.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun oğlu Mircəlil Fəttayev oktyabrın 2-də 17.00 radələrində da vəfat edib. 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev KXCP qərargahı qarşısında qəfildən yıxılıb. M.Fəttayev az sonra dünyasını dəyişib. İlkin ehtimallara görə, o, ürək tutmasından keçinib.
 "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal saytımıza bildirib ki, hadisədən yarım saat əvvəl KXCP-nin qərargahında Mirmahmud Mirəlioğlundan müsahibə alarkən atasının yanında olan mərhum Mircəlil Fəttayevlə də söhbət edib. Aqil Camalın sözlərinə görə, KXCP sədrinin oğlu qərargaha partiya üzvü olan müəllimlərdən birinin yanına hazırlıq üçün gəlibmiş. Aqil Camal söhbət zamanı mərhumun səhhətində hər hansı narahatlıq müşahidə etməyib. 
Xatırladaq ki, M.Mirəlioğlu 1990-cı ildə baş verən faciəli hadisə nəticəsində 5 yaşlı oğlunu da itirib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi