Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsinə 53 jurnalist yazı verib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsinə 53 jurnalist yazı verib

12 İyul 2010, 17:16

Fərdi jurnalist Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının yaranmasının 135 illiyi ilə bağlı élan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin  nəticələri iyulun 22-də “Gülüstan” sarayında elan ediləcək. Bu barədə Modern.az saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. V.Səfərli qeyd edib ki, bu müsabiqəyə 53 yazı təqdim edilib: “Nəticələr bayram günü açıqlanacaq. Bizə göndərilən təkliflərə gəlincə, biz artıq təklifləri Prezident adminstrasiyasına təqdim etmişik”. Xatırladaq ki, Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə fərdi jurnalist yazılarının müsabiqəsini aprelin 29-da elan etmişdi. Fərdi müsabiqə 17 istiqamət üzrə elan olunub. Yazılar və sənədlərin qəbulu 2010-cu il iyulun 10-da ba.a çatıb. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi