Modern.az

Baş prokurorun birinci müavini əməliyyat müşavirəsi keçirib

Baş prokurorun birinci müavini əməliyyat müşavirəsi keçirib

12 İyul 2010, 19:04

İyulun 12-də baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi və Baş Prokurorluğun əlaqədar idarələrinin rəhbər heyətinin iştirakı ilə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin Ağstafa və Samux rayon prokurorluqlarında kompleks yoxlanılmasının nəticələrinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilən rayon prokurorluqlarının əməkdaşlarının və yoxlama komissiyasının üzvlərinin iştirakı ilə keçirilən müşavirədə komissiya sədrlərinin məruzələri, Ağstafa və Samux rayon prokurorlarının hesabatları əsasında həmin prokurorluqlar tərəfindən son 5 il ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinin, habelə yoxlama zamanı aşkar edilmiş çatışmazlıqların hərtərəfli və prinsipial müzakirələri keçirilmiş, hər iki struktur qurumda işin səmərəliliyinin artırılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib.

Aparılan müzakirələr zamanı əminlik ifadə olunub ki, Ağstafa və Samux rayon prokurorluqlarının kollektivi dövlət səviyyəsində və Baş Prokurorluğun rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq, cinayətkarlığa qarşı mübarizəni yeni müstəviyə qaldırmaq üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!