Modern.az

Klinton və Davutoğlu arasında telefon danışığı olub

Klinton və Davutoğlu arasında telefon danışığı olub

13 İyul 2010, 09:52

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və  ABŞ-ın dövlət katibi  Hilari Klinton arasında telefon söhbəti olub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanla Srebrenitsada səfərdə olan Davutoğlu və Klinton arasında telefon danışığı 1 saat davam edib.  Diplomatik qaynaqlara görə, telefon danışığı gedişində terrorizmlə mübarizə gedişində ələ alınacaq tədbirlər, İranın nüvə proqramı diqqətdə olub. İsrailin Qəzzaya humanitar yük daşıyan gəmiyə hücumuna da toxunulduğu danışıqda Davutoğlu beynəlxalq komissiyanın yaradılması vacibliyini bir daha vurğulayıb.  

 

Əldə olunan məlumatlara görə, telefon danışığında Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı da tərəflər arasında fikir mübadiləsi aparılıb.

Tərəflər Türkiyə-İsrail münasibətlərinə toxunublar. Klinton Türkiyə-İsrail münasibətlərinin regionun gələcəyi baxımından həyati önəm daşıdığını bildirirək Davutoğlunu İsrail ilə önəmli dialoqu davam etdirməyə çağırıb.

 

Klinton PKK-ya qarşı mübarizə sahəsində Amerikanın Türkiyəyə hər cür dəstək olacağı vədini bir daha təkrar edib. ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli isə qeyd edib ki, Klinton-Davutoğlu PKK-nın ABŞ və Türkiyənin ortaq düşməni olduğunu bir daha bəyan ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir