Modern.az

Dünyada təbii fəlakətlər artacaq

Dünyada təbii fəlakətlər artacaq

13 İyul 2010, 10:15

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər təxmin edirlər ki, qarşıdakı illərdə dünyada təbii fəlakətlər artacaq. Tədqiqatlar göstərib ki, Yerin nüvəsi daxildən onu qızdırır, istilik seli sürətlə səthə çıxır. Ona görə də sürəkli leysan yağışlar, qasırğa və dolu anomaliya deyil, adi iqlim mənzərəsinə çevriləcək. İqlimşünas Olqa Paxalyuk deyib ki, temperatur artdıqca leysanlar daha davamlı olacaq. Qlobal istiləşmənin səciyyəvi xüsusiyyətlərindən biri ekstremal hava təzahürlərinin intensivliyi və tez-tez təkrar olunmasıdır. Məsələn, Volqa çollərinin üzərində güclü istilik zonası formalaşıb. Avropa və Atlantikadan isə soyuq hava kütlələri irəliləyir. Ukraynanın şərqində formalaşmış istilik ocağının yay-qış hərəkət etmədiyini sezən alimlərin fikrincə, bu hal atmosfer hadisəsi deyil. İstilik Yerin təkindən gəlir. Alimlərin təxminlərinə görə, qarşıdakı illərdə dünyanın müxtəlif yerlərində leysan yağışları, daşqınlar, sel, güclü dolu və qar yağması, daha dəhşətli istilər sürəkli hal alacaq. Nəticədə dünyada insanların səhhətində ciddi problemlər yaranacaq, ölüm-itin çoxalacaq. 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir