Modern.az

Azərbaycanın internet məkanında 10035 aktiv domen mövcuddur

Azərbaycanın internet məkanında 10035 aktiv domen mövcuddur

13 İyul 2010, 10:21

Azərbaycanın internet məkanında may-iyun aylarında 60 yeni *.az domeni qeydiyyatdan keçib. Bu barədə Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Qeyd edək ki, milli internet məkanında hazırda 10035 aktiv domen mövcuddur.

Azərbaycan internet məkanında www.whois.az saytında qeydiyyatdan keçmiş yerli domenlərin əsas hissəsi, yəni 9050-si 1-ci səviyyəli *.az domeninin payına düşür. Bundan başqa, bu günə kimi Azərbaycanda ən çox istifadə edilən domenlər sırasında 534-ü *.com.az, 87-si *.edu.az, 78-i *.org.az, 65-i *.net.az, 61-i *.gov.az, 53-ü *.int.az, 51-i *.pp.az, 20-si *.info.az, 19-u *.co.az, 7-si *.biz.az, 2-si *.name.az və 8-i digər variasiyalı *.az domenlərini qeyd etmək olar.

Hesabat dövründə əsasən 1-ci səviyyəli *.az domeninin sayı artıb. Milli domenlərin qeydiyyatdan keçmə dəyəri 20 manata bərabərdir. Həmçinin domenin illik texniki dəstək dəyəri də bu məbləğə başa gəlir. Rəsmi məlumata əsasən, Azərbaycanda hər il 2 mindən çox yeni *.az domeni qeydiyyatdan keçir.

Xatırladaq ki, milli domenlər rəsmən 1993-cü il avqustun 25-də fəaliyyətə başlayıb.

 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir