Modern.az

Yer kürəsində 6,89 milyard adam yaşayır

Yer kürəsində 6,89 milyard adam yaşayır

13 İyul 2010, 10:23

Hazırda planetimizdə 6,89 milyard adam yaşayır. Bu, “Yer əhalisi” Hannover Fondunun məlumatında bildirilib. Statistikaya əsasən, hər saniyə planetdə 3 uşaq dünyaya gəlir. İl ərzində planet əhalisinin sayı 80 milyon nəfər artır. Ekspertlərin proqnozlarına görə, 50 ildən sonra Yer üzündə 9,1 milyard adam yaşayacaq.
İnkişaf edən ölkələrin əhalisi daha sürətlə artır. 2050-ci ilədək 49 yoxsul ölkənin əhalisinin sayı iki dəfə artaraq 1,7 milyard nəfərə çatacaq.
Fondun icraçı direktoru Renate Ber deyib: “Proqnozlar təsdiq olunarsa, yüzilliyin vəzifələrindən birinin həyata keçirilməsi şübhə altına düşəcək”. O xatırladıb ki, 2000-ci ildə qarşıya qoyulan məqsədə əsasən, 2015-ci ilədək yoxsulluğun səviyyəsini yarıbayarı azaltmaq nəzərdə tutulub. Lakin indiyədək bu ölkələrin heç birində yoxsulluğu aradan qaldırmaq mümkün olmayıb, çünki bu ölkələrdə doğumun səviyyəsi yüksək olaraq qalır.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir