Modern.az

“Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi” adlı kitab işıq üzü görüb

“Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi” adlı kitab işıq üzü görüb

13 İyul 2010, 13:07

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyələşdirdiyi “Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı” layihəsi çərçivəsində “Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi” adlı kitab nəşr etdirib. Bu barədə kitabın müəllifi, “Doktrina” mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirib. Onun sözlərinə görə, “Hərbi Jurnalistlər” İctimai Birliyinin tərəfdaşlığı ilə çap olunmuş kitabda Azərbaycanda hərbi sahədə informasiyaların əldə olunması mədəniyyətinin, ümumiyyətlə, hərbi mətbuat tarixi, güc strukturlarının KİV-lə əlaqələrinin bu günü və perspektivləri ilə bağlı faktlar, proqnozlar əksini tapıb.

 

Kitabda eyni zamanda layihənin həyata keçirildiyi dövrdə ortaya qoyulmuş problemlə bağlı müxtəlif baxışlar, mövqelər, çıxışlar əksini tapıb. Müəllif  güman edir, bu kitab Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ciddi bir töhfə olacaq və burada əksini tapan faktların, mövqe və çıxışların öyrənilməsi hərbi məlumatların əldə edilməsi istiqamətində ortaya çıxan ciddi problemlərin həllinə müsbət təsir edəcək.

 

C.Sümərinli bildirib ki, gələn həftə kitabın təqdimatı və ümumiyyətlə layihənin yekunu ilə bağlı mətbuat konfransı keçiriləcək. Tədbirlə bağlı əlavə məlumat veriləcək.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?