Modern.az

6,6 ton keyfiyyətsiz dondurma məhv edilib

6,6 ton keyfiyyətsiz dondurma məhv edilib

13 İyul 2010, 13:21

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan “Eskimo”, “Maksima”, “XXI əsr”, “Prestige”, “Saturn”, “Merkuriy” , “Domino”, “Lunnie nochi” adlı 6,6 ton dondurmanın məhv edilməsi barədə “SABA şirkəti” MMC-yə icrası məcburi göstəriş verilmişdi.

Bununla əlaqədar, müəssisənin anbarında satışı dayandırılmış 6,6 ton dondurma, eyni zamanda üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 256 kq, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsulların qablaşdırılmasında istifadə edilən 854 kq bükmə materialı qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Dövlət Xidməti tərəfindən “SABA şirkəti” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı