Modern.az

“Azercell” Xalq kompüteri layihəsinə qoşuldu

“Azercell” Xalq kompüteri layihəsinə qoşuldu

Ölkə

13 İyul 2010, 13:26

2009-cu ilin aprelindən etibarən Azərbaycanda "Xalq kompüteri" layihəsi həyata keçirilir. Bu kütləvi kompüterləşdirmə proyekti indiyə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə tərəfdaşlığı ilə həyata keçirilirdi.

9 iyul 2010-cu il tarixindən etibarən “Azercell Telekom” MMC də "Xalq Kompüteri" layihəsində iştirak edir. Orta təhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulan bu kampaniyanın iştirakçıları “Azercell”in sayəsində kompüterlə yanaşı, həm də nömrə, Data Kart və İnternet trafiki əldə edə bilərlər. 

Kampaniyanın şərtlərinə görə, “BestComp Group” şirkətindən portativ kompüter (noutbuk, netbook) və ya desktop əldə edən abonent öz istəyinə əsasən “Azercell”dən fakturalı xətt nömrəsi, Azercell Datakartı və hər faktura dövrü üzrə 500 MB həcmdə GPRS data trafikinindən istifadə etmək imkanı (12 faktura dövrü ərzində) qazana bilər. Bunun üçün sadəcə 12 ay boyunca hər ay 7 AZN ödəmək lazımdır. Əgər hər faktura dövrü ərzində verilən 500 MB GPRS data trafikindən artıq istifadə olunarsa, onda  hər 1 MB üçün 0,01 AZN (ƏDV xaric) məbləğində xidmət haqqı tətbiq edilir.

“Xalq kompüteri” layihəsinin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaqdır. Bu layihənin köməyilə bölgələrdə İKT-nin tətbiqini genişləndirmək yolu ilə rəqəmsal sahədəki geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləmək planlaşdırılır.

Layihə çərçivəsində güzəştli şərtlərlə 7 mindən çox kompüter və lisenziyalı proqram təminatı satılıb. “Xalq kompüteri”nin köməyilə əsasən orta və ali məktəb müəllimləri, həmçinin tələbə və şagirdlər kompüterlər əldə edə bilirlər.

  Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi