Modern.az

Azərbaycanlı jurnalistlər Ermənistana niyə gediblər?

Azərbaycanlı jurnalistlər Ermənistana niyə gediblər?

Media

13 İyul 2010, 13:59

Ermənistanın paytaxtı İrəvanda keçirilən «Qafqazda informasiya azadlığı» adlı beynəlxalq konfransda bir qrup azərbaycanlı jurnalist də iştirak edir. ABŞ-ın Mili Təhlükəsizlik Arxivinin təşkil etdiyi konfransa Azərbaycandan «Üç Nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, telejurnalist Qulu Məhərrəmli, Media Hüququ İnsitutunun rəhbəri Rəşid Hacılı və jurnalist Asəf Quliyev də qatılıb. Ötən il Gürcustanda, bu il Yerevanda reallaşan konfransın gələn il Bakıda keçirilməsi nəzərdə tutulub. Eyni zamanda toplantıda qərara alınıb ki, konfransda Türkiyə tərəfi də iştirak etsin. Konfransda ümumilikdə Rusiya, ABŞ, Gürcüstan, Ermənistan və Azərbaycan jurnalistləri iştirak edir. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı