Modern.az

Mobil telefonun insana zərərini necə azaltmaq olar?

Mobil telefonun insana zərərini necə azaltmaq olar?

13 İyul 2010, 15:03

Alimlər insanların səhhətinə mənfi təsir göstərən, xüsusilə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilən mobil telefonun zərərlərini azaltmaq üçün bəzi məsləhətlərə əməl edilməsini vacib sayırlar.

Məsələn, belə məsləhətlərdən biri odur ki, telefona qulaqcıq taxıb işlədilsə, daha yaxşı olar.  Modern.az-ın məlumatına görə, türkiyəli mütəxəsislər bildiriblər ki, mobil telefonla danışarkən və ya ondan istifadə edərkən bəzi məqamlara diqqət edilərsə, bu vasutədən insan səhhətinə zərər az dəyər. Onların fikrincə, telefona kabelli qulaqcıq taxıb işlədilsə, insan sağlığına dəyən zərər 10-dan 1-ə enər. Mobil telefonla gündəlik danışıq vaxtı 15 dəqiqəni keçməməlidir, danışığı mümkün olduqca qısa etmək lazımdır. Mobil telefonu mümkün olduqca ən azı 2 metr məsafədə saxlamaq məsləhətir. Telefonu ustünüzdə deyil, çantanızda gəzdirsəniz daha yaxşı olar. Bu avadanlığı mümkün olduqca azyaşlı uşaqlardan uzaq tutmaq məsləhətdir. Hamilə qadınlara ondan daha az istifadə məsləhət görülür. Mütəxəssislər deyirlər ki, şəbəkə stansiyaları olan yerdən daha uzaqda məskunlaşmaq yaxşıdır. Bu qaydalara əməl olunsa, mobil telefonların insanlara zərəri çox azalar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı