Modern.az

Vahid məktəbli geyiminin satışına başlanılıb

Vahid məktəbli geyiminin satışına başlanılıb

13 İyul 2010, 15:33

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qəbul etdiyi qərara əsasən, 2010 - 2011- ci tədris ilində Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyimi tətbiq olunacaq. Modern.az-a məlum olub ki, artıq  geyimlərin tikiş prosesi yekunlaşıb. Paytaxt məktəblərinin rəhbərliyi sinif rəhbərləri vasitəsilə valideynlərə xəbər edib ki, məktəbli geyimləri almağın vaxtıdır. Paltarların qiyməti də açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, ilkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I - IV siniflər) vahid formaya keçəcəklər. Növbəti mərhələlərdə V – IX və X – XI siniflər üçün hazırlanan geyimlərə keçiləcək. Qeyd edək ki, məktəblərin I – IV siniflərində tətbiq olunacaq vahid geyimlərin şəkilləri hələ bu ilin fevralında şəkillərlə ictimaiyyətə təqdim olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi o zaman bəyan etmişdi ki, geyimlər Bakının hər bir rayonunda təşkil olunan satış mərkəzlərində satılacaq. Modern.az-a verilən məlumata görə, artıq bəzi məktəblərdən valideynlərə xəbər göndərilib ki, geyimlər təhsil müəssisələrinin özlərinə gətirilib və gəlib almaq olar. Bir dəst geyimin qiyməti isə 40 manat müəyyənləşdirilib.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu