Modern.az

Bakıda daşınmaz əmlakın qiymətləndirilməsinə dair kurslar keçiriləcək

Bakıda daşınmaz əmlakın qiymətləndirilməsinə dair kurslar keçiriləcək

13 İyul 2010, 17:08

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Azərbaycan Dövlət İqtisad Universiteti və Beynəlxalq Qiymətləndirmə Mərkəzinin (İVC) təşkilatçılığı ilə respublikada daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyası sahəsində kurslar keçirilir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbəri Amil İsmayılovun verdiyi məlumata görə,  21-25 iyun tarixində 20 nəfərin iştirakı ilə kursların birinci mərhələsi keçirilib. Kursların birinci mərhələsi daşınmaz əmlakın müqayisə yanaşması vasitəsilə qiymətləndirilməsi mözsunda olub. 26-30 iyul tarixində keçiriləcək ikinci mərhələ xərc yanaşması ilə qiymətləndirilmənin aparılması mövzusunda olacaq. Avqust ayında keçiriləcək 3-cü mərhələnin isə gəlir yanaşması ilə qiymətləndirmənin aparılması mövzusunda keçirilməsi nəzərdə tutulur. Amil İsmayılov deyib ki, kursların keçirilməsi ölkədə qiymətləndiricilərin peşə-ixtisas səviyyəsinin artırlmasına səbəb olacaq. Bu da girovların, o cümlədən ipoteka predmetlərinin daha dəqiq qiymətləndirilməsinə və nəticədə risklərin azaldılmasına və resurslardan səmərəli istifadəyə şərait yaradacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir