Modern.az

Dövlət Statistika Komitəsi: "Toyuq əti ucuzlaşıb, mal əti bahalaşıb"

Dövlət Statistika Komitəsi: "Toyuq əti ucuzlaşıb, mal əti bahalaşıb"

13 İyul 2010, 18:26

2010-cu ilin iyun ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ayda ərzaq məhsullarından düyünün, buğda ununun, qoyun ətinin, toyuq əti və toyuq budunun, təzə və dondurulmuş balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, xamanın, kərə yağının, bananın, albalı və gilasın, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətləri ucuzlaşıb.
Ucuzlaşma ilə yanaşı ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub. Məsələn, suda bişmiş kolbasanın, mal ətinin, sterizə olunmuş üzlü südün, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun yağının, şəkərin, limonun, almanın, naringinin, fındığın, kələmin, göyərtinin qiymətləri bahalaşıb.

İyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb. Ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 0,3 faiz ucuzlaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Bitkiçilik, bostan və bağçılıq məhsullarından turuncu meyvələrin istehsalçı qiymətləri 12,2 faiz, sitrus meyvələrinin 5,4 faiz, zeytun və qoz-fındığın qiymətləri 0,1 faiz bahalaşıb, dənli bitkilərin 0,6 faiz, kökümeyvəli və köküyumruluların 1,5 faiz, tərəvəz məhsullarının 1,1 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 7,2 faiz ucuzlaşıb.

Diri mal-qara və heyvandarlıq məhsullarından diri iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1,0 faiz, mal ətinin (diri çəkidə) 8,7 faiz, diri qoyunların 0,6 faiz, mal-qara yunu və tükünün 0,9 faiz, quş ətinin (diri çəkidə) 0,2 faiz, yumurtanın qiymətləri 2,6 faiz bahalaşıb, iribuynuzlu qaramaldan alınan südün 6,1 faiz, qoyun və keçi südünün 2,8 faiz, qoyun ətinin (diri çəkidə) 1,7 faiz, diri quşların qiymətlərində isə 6,6 faiz ucuzlaşma müşahidə olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?