Modern.az

I qrup üzrə imtahanların nəticələri açıqlandı

I qrup üzrə imtahanların nəticələri açıqlandı

13 İyul 2010, 18:50

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  I ixtisas qrupu üzrə iyulun 11-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 13-də saat 18:20-dən etibarən TQDK-nın internet saytında  yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini //www.tqdk.gov.az/ internet vsaytından çap edib götürə bilər.

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35769 abituriyent ərizəsini təsdiq etdirmişdi. Onlardan 34655 nəfəri  imtahanda iştirak edib.

Test imtahanının nəticəsinə əsasən 9895 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

 İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

I  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

I ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.                                       

                                                                            

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir