Modern.az

Rusiyada fövqəladə vəziyyət tətbiq olundu

Rusiyada  fövqəladə vəziyyət tətbiq olundu

13 İyul 2010, 20:01

Rusiyanın baş naziri Vladimir Putin ölkənin 14 vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb ölkəni bürümüş quraqlıqdır. Putin quraqlığa məruz qalmış vilayətlərin kreditlər və dövlət subsidiyaları ilə dəstəklənəcəyini deyib. Nazirlər Kabinetinin bugünkü iclasını keçirən Putin ölkənin 14 vilayətində kəskin quraqlıq şəraitinin hökm sürdüyünü  vurğulayıb.  Quraqlıq səbəbilə bir çox regionlarda problemlər yaşandığını deyən Putin ilk növbədə ölkənin buğdaya olan tələbatının təmin olunması zəruriliyini bildirib.

Proqnozlara görə quraqlıq səbəbindən bu il ölkədə taxıl hasilatı azalacaq. Putin ehtiyat buğda fondundan istifadə olunmasını istisna etmədiyini deyib. 2008-ci ildə Rusiyada 108 milyon ton buğda, ötən il 97 milyon ton buğda hasil olunub, bu  il isə 85 milyon ton buğda istehsalı  proqnozlaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi