Modern.az

Azərbaycan çempionu Bakıda polyaklara uduzdu

Azərbaycan çempionu Bakıda polyaklara uduzdu

13 İyul 2010, 23:34

İyulun 13-də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “İnter” klubu Polşanın “Lex” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 46-cı dəqiqəsində polşa futbolçusu Artur Viçniyarek hesabı açaraq komandasını irəli çıxarıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hesab dəyişməyib. “Lex” komandası “İnter”i minimal hesabla məğlub edib – 1:0. Cavab görüşü bir həftə sonra Polşanın Poznan şəhərində keçiriləcək. Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi