Modern.az

“Qazprom” Nabukko-nu dağıtmaq istəyir

“Qazprom”  Nabukko-nu dağıtmaq istəyir

14 İyul 2010, 10:37

Rusiyanın energetika nəhəngi olan “Qazprom” Almaniyaya iki istiqamətdən qaz ixrac etmək niyyətindədir. Modern.az xəbər verir ki, Almaniyada nəşr olunan Handelsblatt qəzeti qeyd edir ki, “Qazprom” Almaniyaya  qaz nəqlində eksklüziv təminatçı roluna iddia edir. “Qaz hakimiyyətdir. Daha çox qaz - bu daha artıq hakimiyyətdir. Prezident Medvedevin ölkəsinin ən böyük qaz şəbəkəsini bütün Avropa ilə birləşdirmək səyləri də bununla izah olunur”-deyə qəzet yazır. 
Qəzet qeyd edir ki, prezident Medvedev və baş nazir Putin qazdan silah kimi istifadə edirlər.

Handelsblatt “Qazprom”un Almaniyaya iki istiqamətdən qaz xətti çəkmək arzusunu  amoral təklif adlandırıb. Qəzet yazır ki, “Qazprom” Putin və Medvedev üçün hətta Qızıl Ordudan belə daha vacibdir. Qeyd olunur ki, “Qazprom” həm şimaldan, həm də cənubdan Avropaya qaz kəməri çəkmək istəyir. Moskvanın bu planlarına yalnız Xəzər qaz resurslarını Avropaya nəql edəcək Nabukko  layihəsi mane ola bilər. Məhz Nabukko  Avropanın Rusiyadan qaz asılılığını azaltmaq məqsədinə xidmət edir. “Burada söhbət qazdan çox hakimiyyətdən gedir”

Qəzet qeyd edir ki, “Qazprom” Avropa bazarı üçün mümkün qaz tədarükçülərinə təzyiqlər etməyə çalışaraq onları öz tərəfinə çəkmək istəyir. Bundan əlavə, “Qazrpom” Nabukko layihəsində iştirak edən tərəfdaşları da öz tərəfinə cəlb etmək istəyir.  Artıq Avstriyanın OMV şirkəti “Qazprom”un layihələrinə dəstək verir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi