Modern.az

Bakı İslam Universitetinə tələbə qəbulu elan edilib

Bakı İslam Universitetinə tələbə qəbulu elan edilib

14 İyul 2010, 11:34

Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib.  Müsabiqədə cari tədris ili üzrə III ixtisas qrupu üzrə qəbul imtahanında 250 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il iyulun 15-dən iyulun 25-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədələr tələb olunur:

 -   şəxsiyyəti təsdiq edən sənədin əslini

 -  Sağlamlıq haqqında arayış

 -  4 ədəd 3x4 ölçüdə fotoşəkil

 - Təsdiq olunmuş elektron ərizənin surəti

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir