Modern.az

Gənclər mətbuatın inkişafında niyə passiv mövqe tuturlar?

Gənclər mətbuatın inkişafında niyə passiv mövqe tuturlar?

14 İyul 2010, 13:39

Gənclər üçün Təhsil Mərkəzi və onun mətbu orqanı olan “Tələbə” qəzetinin birgə təşəbbüsü ilə “Gəncliyimiz və 135 illik mətbuatımız” adlı dəyirmi masa keçirilib.

Əsas məqsədi gənclərimizin milli mətbuatın inkişafında oynaya biləcəyi rolu və gələcəkdə verə biləcəklərin töhfələri müzakirə etmək olan tədbir milli mətbuatımızın 135 illik yubileyi çərçivəsində keçirilib.   

Dəyirmi masada mərkəzin direktor müavini Elnur Axundov milli mətbuatımızın keçdiyi 135 illik tarixi yol haqqında məlumat verərək, bu prosesdə fəal iştirak edən tarixi şəxsiyyətlərimiz və onların fəaliyyəti barədə danışıb.

Dəyirmi masada iştirak edənlər də tədbirin əhəmiyyəti barədə danışaraq, “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının bütün dövrlərdə həqiqət carçısı olduğunu və xalqımızın maariflənməsində mühüm rol oynadığını qeyd ediblər.

Dəyirmi masa iştirakçılarının böyük əksəriyyəti bu gün gənclərimizin milli mətbuatın inkişafında oynadığı roldan razı olmadıqlarını və bu prosesdə passiv mövqe tutduqlarını da vurğulayıblar. Qeyd ediblər ki, bu gün çox az gənc tapmaq olar ki, mətbuat orqanına rəhbərlik edir, mətbu orqanı yaradır, öz inkişafını mətbuatda görür. Eləcə də, bu gün çox az mətbu orqanı tapmaq olar ki, əsasən gənclər məsələlərini işıqlandırır. Bu səbəbdən də dəyirmi masa iştirakçıları fürsətdən istifadə edib müasir gənclərimizi mətbuatın inkişafına biganə qalmamağa səsləyiblər. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?