Modern.az

Gənclərimiz hara gedir?

Gənclərimiz hara gedir?

14 İyul 2010, 14:20

Son zamanlar özümüzə bu sualı çox tez-tez veririk. Doğrudan da gənclər düzgün yoldadılarmı? Müşahidələr göstərir ki, indi bir çox gəncin gündəlik həyat tərzi bu cürdür: internet kluba getmək, ya da evdə internetə daxil olmaq, gəzmək, dil kurslarına, idman məşqlərinə getmək, qızlarla gəzmək, bilyard salonlarında vaxt keçirmək, çayxanalarda, restoran və barlarda əylənmək və s. Sözsüz ki, söhbət maddi problemdən çox da əziyyət məkməyən gənclərdən gedir. İnternet klublardan söz düşmüşkən, biz bu istiqamətdə kiçik bir araşdırma apardıq. Müşahidələrimiz belə qənaətə gəlməyə əsas verdi ki, internet kluba gedən gənclərin əksəriyyəti ya əyləncə saytlarına daxil olur və oyun oynayırlar. Müşahidələrimizi metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən “Tacir” və “Zamin”,  Əhmədlidəki “İnternet club” və Yasamaldakı “Kral” klublarında apardıq. Gənclərin özlərini sorğuya çəkdik. Məlum oldu ki, internet klublara gedən çox az sayda gənc elmi saytlara daxil olur, internetdə intellektual sahələrlə maraqlanırlar. “Tacir” klubunda  İlkin adlı gənc müştəri “ən çox hansı sayta daxil olursan” sualıma belə cavab verdi: “Facebook,  mail.ru və bir neçə çat saytlarına”. Sonra da əlavə etdi ki, elmi saytlar onluq deyil: “Yox qaqaş, elm axtaran kimdi indi, oxuyanı da görürük, oxumuyanı da...”. Onu da qeyd edim ki, həmsöhbətim univeristetdə təhsil aldığını vurğuladı. Eltac adlı digər gənclə də internet klubda söhbətləşdik. Dedi ki, hazırlıq kursuna da gedir: “Kursa getməyi mən heç vaxt istəməmişəm, sadəcə ailəm məni bezdirmişdi, amma mənim arzum üzgüçü olmaq idi. Yəni hazırlıq kursuna elə-belə, ailənin istəyi ilə gedirəm. Amma vaxtımın çoxunu internet klubda əyləncə saytlarında qurdalanmaqla keçirirəm”. Adınının çəkilməsini istəməyən gənc bir qizın cavabını da olduğu kimi təqdim edirik:  “Ancaq çatda mırtlaşırıq, tanıdığım bütün uşaqlarda mırtlaşmaq üçün internet kluba gəlirəm”. Ramazan adlı növbəti gənc həmsöhbətim: “İnternet kluba yalnız oyun oynamaq üçün gəlirəm, bir də maraqlı qız şəkilllərinə baxmaq üçün”.

Məncə siyahını uzatmağa ehtiyac yoxdu. Belə məkanlara gələn gəncləri yalnız əyləncə maraqlandırır. Deməli, gələcəyimiz korlanır, təlim-tərbiyədə mənəvi aşılanma gedir. Sözsüz ki, burada günahı valideyinlərdə axtarmaq lazımdır. Çıxış yolu gəncləri düzgün tərbiyələndirmək, doğru yola istiqamətləndirmək, onlara vətənpərvərlik hissi aşılamaqdır. Tanınmış psixoloqHansen nahaq yerə valideynlərə xitabən deməyib: “Övladlarınıza peşənizi verməyin, sevginizi verin”. Vüqar Ağamalıoğlu                       

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?