Modern.az

Tərtərdə polis postları götürülməyib, nazir müavinlərindən biri rayondadır

Tərtərdə polis postları götürülməyib, nazir müavinlərindən biri rayondadır

14 İyul 2010, 14:40

İyulun 6-da saat Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında baş verən kütləvi dava-dalaşın səs-küyü hələ yatmayıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında həmin hadisə nəticəsində hər iki tərəfdən ciddi bədən xəsarəti alanların  olduğu, bir neçə ticarət və iaşə obyektinə ziyan dəydiyi bildirilmişdi. Eyni zamanda ictimai qaydanı bərpa edərkən xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı da xəsarət almışdı. Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmış qarşıdurmanın səbəblərinin yerində araşdırılması üçün rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunmuşdu. Hadisəyə görə bir neçə nəfər saxlanılıb. Dünən Tərtər bölgəsindən qayıdan əməkdaşımızın verdiyi məlumata görə, rayonun giriş-çıxışında qurulan polus postları hələ götürülməyib. Tərtərdən olan millət vəkili Aynur Quliyeva Modern.az-a bildirib ki, cinayət törədənlərin bəziləri hələ də tutulmayıb, axtarışdadır. “Ona görə də hadisə yerində polis postlarının hələ də qalması təbiidi”.  Xəstələrin vəziyyətinə gəlincə, millət vəkili qeyd edib ki, o, hadisə zamanı xəstəxanaya yerləşdirilən xəsarət alanlarla görüşməyə çalışıb. Ancaq hüquq-mühafizə orqanları bildirib ki, istintaq gedir, həmin şəxslər də cinayətkar olduğuna görə onlarla görüşməyə icazə verilmir.  A.Quliyevanın sözlərinə görə daxili işlər nazirinin müavinilərindən biri hələ də hadisə yerindədir. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür