Modern.az

Daxili İşlər Nazirliyi xəbər verir: daha 6 nəfər suda boğulub

Daxili İşlər Nazirliyi xəbər verir: daha 6 nəfər suda boğulub

14 İyul 2010, 14:53

Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 13-də ayrı-ayrı su hövzələrində bədbəxt hadisələr qeydə alınıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, iyulun 13-də Qaradağ rayonunun Sahil qəsəbə sakini Rəhman Rəhmanlı Sahil çimərliyində çimərkən boğulub. R.Rəhmanlının meyiti sudan çıxarılıb. Sumqayıt şəhər sakini Nicat Səmədov da dənizdə çimərkən suda boğulub. Onun da meyiti sudan çıxarılıb. Həmin gün Ağcabədi rayonunun Xocavənd kəndi ərzisində, Salmanbəyli kənd sakini  Ramil Bayramov "Qarabağ" kanalında çimərkən suda boğulub. Nəhs tarixdə Qazax rayonunun Daş Salahlı kənd sakini Rəhim İsgəndərov həyətlərindəki su quyusuna yıxılaraq ölüb. R.İsgəndərovun meyiti quyudan çıxarılıb. Nabran qəsəbəsindəki çimərlikdə suda boğulmuş Xaçmaz rayon sakini Rəşad Məmmədovun meyiti də dünən sudan çıxarılıb. İyulun 13-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Xudat şəhər sakini Zəkəriyyə Hacıyev dənizdə çimərkən suda boğulub. Z.Hacıyevin meyiti sudan çıxarılıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar