Modern.az

Bakıda "Yol təhlükəsizliyi” festivalının açılışı olub

Bakıda "Yol təhlükəsizliyi”  festivalının açılışı olub

Qarabağ

14 İyul 2010, 15:12

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə yardımı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə yol mədəniyyəti ilə bağlı uşaqlarımızın maarifləndirilməsi məqsədiləiyulun 14 – də “ Ambassador” oteldə “Yol təhlükəsizliyi”  festivalın açılış mərasimini keçirib.

Modern.az xəbər verir ki, layihənin həyata keçirilməsində başlıca məqsəd uşaq və yeniyetmələrimizə yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsiz yoldan istifadə qaydalarının öyrədilməsidir.

 9-12 yaş həddində olan 50 nəfər uşağın iştirakı ilə reallaşacaq festivalda DİN Baş Dövlət Yol Polisinin İdarəsinin, Gənclər və İdman, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri,  millət vəkilləri, Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi iştirak edib.

Tədbirdə çıxış edən birliyin sədri Vüsalə Hüseynova layihənin günümüz üçün aktuallığını önə çəkərək, bəzən yol hərəkəti qaydalarının baş verməsində məhz piyadaların günahkar olduğunu bildirib: “Bəzən yol hadisələrinin baş verməsinə sürücülər kimi piyadalar da şərait yaradır. Bu səbəbdən düşünürük ki, qaydaları bilmək hər birimizin borcudur”.

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev , Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Səidə Bağırlı, millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının rəhbəri Fuad Muradov, deputat Rəfail Cəbrayılov və diğərləri yol təhlükəsizliyi və məktəblilərin bu qaydaları bilmələrinin zəruriliyini vurğulayıblar. Tədbirin ikinci hissəsində  uşaqlar üçün viktorina  keçirilib. Qalib uşaqlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin ilkin mərhələsində uşaqlar arasında sorğu aparılıb və sorğuya əsasən seçilmiş məktəblilər festivalda iştirak hüququ əldə ediblər. Festival çərçivəsində uşaqlar üçün  yol hərəkəti qaydalarının tədrisi ilə bağlı məlumatlandırma sessiyası və viktorina keçiriləcək.  

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu