Modern.az

Azərbaycan deputatları Norveçdə gənclərlə görüşüblər

Azərbaycan deputatları Norveçdə gənclərlə görüşüblər

14 İyul 2010, 16:27

Norveçin paytaxtı  Oslo şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 19-cu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri-Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev, Fazil Mustafa, Eldar Ibrahimov Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) idarə heyəti ilə də görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə təşkilatın sədri Ramil Əliyev Azərbaycan icmasının Norveç cəmiyyətindəki mövqeyi və rolundan, eyni zamanda NAYO təşkilatının iki ölkə arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib. O bildirib ki,  Norveçdə Azərbaycan tarixinin, mədəniyyətinin, ölkəmizin bölgədəki siyasət və iqtisadi inkişafında getdikcə artan rolunun tanıdılması, təbliğ olunması ilə bağlı mühüm tədbirlər və elmi layihəlir həyata keçirilir. Görüşdə Azərbaycan dövlətinin gənclərə daima diqqət və qayğı göstərməsindən danışan Milli Məclisin sədr müavini Bahar Muradova və digər millət vəkilləri NAYO kimi fəal təşkilatların Avropada Azərbaycanla bağlı informasiya boşluqlarının doldurulmasındakı müsbət rolundan danışıblar. Həmçinin, nüməyəndə heyəti xaricdə yaşayan hər bir azərbaycanlıya, eləcə də NAYO-nun üzvlərinə yaşadıqları ölkələrin ictimaiyyətinə inteqrasiya etmələrini və cəmiyyətlərdə müəyyən nüfuz, mövqe sahibi olmalarını tövsiyə ediblər. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir