Modern.az

Hillari Klintonun qızı toya hazırlaşır

Hillari Klintonun qızı toya hazırlaşır

15 İyul 2010, 12:17

st1:*{behavior:url(#ieooui) }

ABŞ dövlət katibi Hilari Klinton və keçmiş prezident Bill Klintonun qızları Çelsi Klintonun toyuna az qaldı. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Çelsinin toy mərasimi son günlər Amerikanın yəhudi icmasındə dərin müzakirə mövzusudur. Yəhudi icması belə bir sual üzərində baş sındırır ki, görəsən, Çelsi Klinton ərə getdikdən sonra iuadaizm dinini qəbul edəcəkmi? La Stampa qəzetinin yazdığına görə, Çelsi Klinton və yəhudi Mark Mezvinskinin toyuna 16 gün qalıb. Qəzet yazır ki, “indi hamı ondan danışır ki, əcabə, Klintonun qızı iudaizmi qəbul edibmi? “Məsələ ondadır ki, 30 yaşlı Çelsi etiqadlı metodist Hillari və baptist Billin qızlarıdır. Çelsi tez-tez Bibliyadan sitatlar gətirir, onun nişanlısı Mark isə mühafizəkar yəhudi ailəsində doğulub. Bu cür ailələr qarışıq nikahları sevmir və ravvinlərə bu cür nikah mərasimlərində iştirakı qadağan edir”,-deyə qəzet yazır.   

Qeyd olunur ki, qarışıq nikah Amerika iudaizminin Axilles dabanıdır. Amerikada yəhudi icmasının sayı məhz  eyni dindən olan nikahların sayına görə azalır.

“Mezviski mühafizəkar yəhudi ailəsindən olduğundan Çelsinin bir yolu qalır, o toya qədər iudaizmi qəbul etməlidir”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir