Modern.az

Nazim Məmmədov: “Nüfuzları olmayanlar partiyanın adı arxasında gizlənirlər”

Nazim Məmmədov: “Nüfuzları olmayanlar partiyanın adı arxasında gizlənirlər”

Parlament

15 İyul 2010, 14:13

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov qarşıdan gələn parlament seçkilərində mütləq iştirak edəcəyini bildirib. Deputat Modern.az saytına açıqlamasnda qeyd edib ki, Azərbaycanda seçkilər getdikcə təkmilləşir, demokratikləşir: “Buna rəğmən biz artıq qərar vermişik ki, ikinci dəfə parlament seçkilərində iştirak edək. Yeri gəlmişkən, qeyd edim ki, mən keçən seçkilərdə müstəqil namizəd kimi iştirak etmişəm. Düzdür, siyasi mənsubiyyətim var, Yeni Azərbaycan Partiyasının üzvüyəm.  Beş yüz mindən şox üzvu olan bir partiyanın üzvu olmaq əlavə resurslar verir. Seçildiyim bölgədə də YAP-ın kifayət qədər üzvü var. Hər halda, Gədəbəydə YAP-ın üzvləri Nazim Məmmədovu dəstəkləyəcəklər. Çünki partiyamızın Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstəririk. Azərbaycan dövlət başçısının apardığı siyasəti həm maarifləndirmə baxımından seçicilərimizə çatdırmışıq, həm də öz şəxsi nüfuzumuza arxalanaraq bölgənin infrastruktur lahiyələrini inkşaf etdirmək üçün əlmizdən gələni etməyə çalışmışıq. Kifayət qədər nailiyyətlərimiz var. Buna görə mən həm YAP üzvlərinin, həm sadə seçicilərin, partiya üzvü olmayan seçicilərin, müxalifətin mənə qarşı simpatiyasını hər addımda hiss etmişəm”.

Tətil günlərini Gədəbəydə keçirdiyini deyən deputat bildirib ki,  fürsətdən istifadə edib təbii fəlakət zamanı insanlara dəymiş ziyanla maraqlanıb: “Saratovka kəndində üçmuş körpünun aqibəti ilə bağlı maraqlandım. Orada iştrak etdiyim zaman Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri körpünün sökülməsi barədə layihə hazırlayırdılar. Təbii ki, müəyyən bir ekspertiza keçirdikdən sonra rəy bildiriləcək”.

Deputat qeyd edib ki, seçildiyi bölgədə seçki zamanı mümkün namizəd ola biləcək şəxslərin nüfuzunun öyrənilməsi ilə bağlı monitorinqlər aparılıb: “Bəzi yerlərdə reytinqim 80/20-yə nisbətində mənim xeyrimədi. Hər halda, bizim apardığımız sorğuların nəticəsi göstərib ki, ən pis halda 60 %-dən yuxarı tərəfdaşımız var. Mən bu seçki texnologiyasına çox ciddi yanaşıram. Bilirsiniz, bəziləri bildirir ki, onların namizədlik məsələsini partiyanın sədri həll edir. Axı insana şəxsi sual ünvanlananda belə cavab verməz. Hər halda, partiyanın arxasında gizlənməklə iş görmək olmaz. Mən 2005-ci ildə müstəqil namizəd olaraq seçkilərə qatılmışam. Təbi ki, YAP-ın üzvuyəm və arzu edirəm ki, partiya namizədliyimi dəstəkləsin və buna böyük umidim var”.

N.Məmmədov parlamentarizmin  inkşafı baxımından Azərbaycanın beynəlxalq imicinə uyğun olaraq bu və ya digər formada bəzi fikirlərin səsləndirilməsinin tam əleyhinədir: “Dairələrdə namizədlər müəyyənləşənə qədər heç bir siyahı açıqlanmasa, yaxşı olar”.

Deputat bildirib ki, adətən seçicilərin yanında yüksək reytinqi olmayan şəxslər həmişə bu və ya digər formada birbaşa unsiyyətə üstünlük vermirlər: “Artıq bu məlum məsələdir ki, partiyanın adı arxasıda və yaxud partiyanın sədrinin adı arxasında fəaliyyətlərini davam etdirmək istəyirlər. Şəxsi resuslarına arxalanmayan insanlar adətən partiyanın və dövlətin resuslarına arxalanmaq məqsədi güdürlər. Bunu cəmiyyət də bilir. Bilirsiniz, bizdə proporsional seçki sistemi olsaydı, heç Nazim Məmmədov partiyanın üzvü olaraq hər hansı bir siyahı ilə bağlı öz şəxsi mövqeyini bildirməzdi. Namizədlər gərək mojaritar sistemdə özlərinə arxalansınlar”. 

Mail AĞAXANOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi