27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Telejurnalist Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT
Telejurnalist Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT
22.08.2014, 14:23

Modern.az ANS-in Amerika bürosunun rəhbəri Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT layihəsini tədqim edir.

Sevinc Osmanqızı 1969-cu il iyunun 22-də Bakıda ziyalı ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 saylı orta məktəbi qızıl medalla, 1991-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diploma ilə bitirib.  “Assa-İradə” agentliyində və AzTV-də müxbir işləyib. 1994-cü ildə Azərbaycan XİN-də 3-cü katib işləməklə, müasir Azərbaycan tarixində diplomat vəzifəsinə götürülən ilk qadın olub. Londonda BBC radiosunun jurnalist-produseri,  ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat katibi işləyib.  ANS TV-nin Xəbərlər Xidmətinin Baş Redaktoru, Vaşinqtonda xüsusi müxbiri çalışıb.  CNN və BBC-də Azərbaycana dair verilişlərin müəllifidir. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır. İki oğlu var.  

 

Bu şəkil 6 ayımda çəkilib.  Başımdakı “bant”ı görürsüz, özümdən böyükdür.  

Atam, anam və mən. Evin sonbeşiyi olmuşam. Deyirlər, atam 2 qızdan sonra oğlan gözləyirmiş, amma məni görüb, o qədər sevinib ki, adımı “Sevinc” qoyub. Doğrusu, adıma görə ona çox minnətdaram. Türkdillilər adımı biləndə məni “özününkü” kimi qəbul edirlər. 

 

Bu şəkildən çox xoşum gəlir.  Atam-anam mehriban cütlük olublar.  Atamın da yumor hissini bilməyən yoxdur.  Bu şəkilə baxanda uşaqlığımı xatırlayıram.  

Yenə atamın işində, redaksiyadayıq.  Nə qədər deyirdilər, kameraya bax, baxmırdım. Yəqin utanırdım.

 

Burda çox ciddiyəm.  Bu şəkli əlaçı kimi məktəbdə divara asılmaq üçün çəkilib.

Bu, bizim sinfimizdir.  Sağdan 3-cü mənəm.  İngilis dili müəlliməm, həm də sinif rəhbərimiz Rizvaniyə Qasımova ilə birgə.  Məktəbi,  müəllimlərimizi, sinif yoldaşlarımı ən isti hisslərlə xatırlayıram.  Məni xəstə olanda da məktəbdən saxlamaq mümkün deyildi.

 

Burda 19 yaşındayam.  Elə bil dünən idi, vaxt necə uçur.  O vaxt saçlarımı arxaya yığmağı xoşlayardım.

 

Burda atamın iş otağındayıq.  Atam saçımı darıyır.  Şəkil çəkdirməyə hazırlaşırıq.  Atam çox qayğıkeş insan idi.  İnanırsız, yeri indi də görünür. 

Bu şəkil düz 20 il əvvəl Londonda BBC-nin Orta Asiya və Qafqaz xidməti açılanda çəkilib.  Bütün xidmətimizin əməkdaşları BBC-nin yayımlandığı Buş Hausun qarşısındayıq. Bu, artıq tarixdir.  İndi nə Buş Haus qalıb, nə də BBC-nin Azərbaycan xidmətinin radioyayımları.   Amma hazırladığımız peşəkar verilişləri, ümid edirəm ki, xatırlayan çoxdur.

 

Bunu Amerikalı jurnalist Tomas Qolts çəkib. 1993-cü ildir, Parlamentin qarşısında piketin başlamasını gözləyirəm.    O vaxt AzTV-nin müxbiri idim.



Tələbəlik illərinin rəfiqəsi Aynur Sofiyeva ilə.  İndi mənə pul versən də, əynimə heyvan dərisi geyinmərəm.  İllər insanı dəyişir...

Anamla Londonda 2000-ci ili qarşılayırıq.  Yeni minilliyi.   Uşaq kimi sevinirəm.

 

Atamla toy məclisindəyik.  Son şəkillərimizdəndir. Atalı illərin ləzzəti bir başqa idi...

Bu isə Barak Obama ilə şəklimizdir.  Bakıda mətbuat konfransında çəkilib.  O vaxt senator idi.  4 il sonra prezident oldu.

Bu şəkil tamam yadımdan çıxıb.  Yenə Bakıda mətbuat konfransında çəkilib. Solda əyləşən indi ABŞ-ın Müdafiə Naziri Çak Heqeldir.  

Bu, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldlə Amerikada görüşümüzdəndir.  Onun əyləşdiyi kreslonu görürsüz, arxasında bütün tutduğu vəzifələr yazılıb. 

 

Bu isə ABŞ-ın Dövlət Katibinin keçmiş birinci müavini Riçard Armiticlə görüşümdəndir.  Müsahibə o qədər maraqlı keçdi ki, bir saatın necə keçməsini hiss etməmişəm.

 

Zbiqnev Brzejinskinini adını uşaqlıqdan tanıyırdım. Onunla müsahibəni xüsusilə gözləyirdim. Sovet dövründə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri işləyib. Atam onun üçün deyərdi ki, güclü siyasətçidir. Ona görə onun bütün kitablarını oxumuşam.

 

Deyirlər, ən gözəl qrim yuxudur.  Bu şəkil çəkiləndə kiçik oğlum balaca idi, gecələri pis yatırdı. Yadıma gəlir, o gün gözlərimdən yuxu tökülürdü, amma şəkildə heç hiss olunmur. 

Modern.az


Bakili balasi
22.08.2014, 19:23

Əsil ziyalı,əsil vətənpırvər,qəhrəman ogul-rəhmətlik Osman Mirzəyevin qızı!..Azərbaycanımızın fəxri!..

Mehin İsmayılova
22.08.2014, 19:26

Üzündən nur yağır bu xanımıın. Atası da belə idi. Daığa verilişini onun məlahətli səsini eşitmək üçün gpzləyərdim

Mollabala
27.08.2014, 22:07

Xanım, 2000-ci il yeni minillik deyildi. XXI əsr və yeni minillik 2001-ci ildə girib. Allah atana rəhmət eləsin.

sADASHAHI
28.08.2014, 15:44

ORNEK GOTURELESI COX SAVADLI VE XANIM JURNALISTDIR

Samire
28.08.2014, 19:31

bu xanimi demek olarki cox az taniyirdim.haqqinda oxudugum bu movzu ona olan sevgimi dahada artirtdi.sizin kimi xanimlarla fexr etmeye deyer.

Gəmcə
31.08.2014, 23:32

Bu xanima baxın gənc jurnalistlər vətəninizi, ailənizi bele sevin, mən bu xanimi gənclik illərindən izləyirəm. Atasına layiq ğvladır. Ona uğurlar arzulayıram.

s.n.n.
04.09.2014, 18:49

esil jurnalist bele olar

Faxri
06.09.2014, 15:02

Allah ozunuzu ve ailenizi qorusun!

elçin
12.11.2014, 16:30

Mənə görə Azərbaycanda əsl jurnalist iki nəfərdir: Sevinc Osmanqızı və Dilşad Əliyarlı. Kaş ki, belə jurnalistlərimiz çox olaydı, bizim telekanallara baxanda adam utanmazdı...

oxucu
13.11.2014, 14:20

Sevinc xanım, M.Əliyev küçəsindəki ata mülkünüzü - memarlıq binası olan evinizi sökülmək təhlükəsi gözləyir. Bu mülkü qorumaq üçün tədbir görün, yəqin bu fotolardan bir neçəsi elə həmin evdəki illərin xatirəsidir... Məncə, bu binanı atanızın ev muzeyi etmək olardı... Məmurlara qalsa, onlar belə şeyləri başa düşmürlər, bütün "Sovetski"ni yerli-dibli sökərlər?! Xatirə olaraq heç nə saxlamazlar...

Nermine
23.01.2015, 02:37

Sizinle fexr edirik, Sevinc xanim!

Rena
14.01.2016, 17:38

Sevincimiz!

R. S.
19.04.2016, 15:39

Cox darixirig sizincun, Sevinc xanim! Yeriniz cox gorsenir televiziya kanallarinda.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 20:37

Gəncədə arvadını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27.04.2017, 20:21

Liderlər RAZILAŞDI – Şimali Koreyaya ZƏRBƏ

27.04.2017, 20:03

Fransanın baş nazirinin evini qarət etdilər

27.04.2017, 19:58

Deputat YAP-ın rayon təşkilatına sədr seçildi

27.04.2017, 19:00

Göygöldə minaatan mərmi tapılıb

27.04.2017, 18:42

Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın ATASI: “Qızım yanımdadır, ləkə yaxırlar”

27.04.2017, 18:21

Ukraynada azərbaycanlı məmurun həbs müddəti uzadıldı

27.04.2017, 18:15

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

27.04.2017, 18:02

MTN generalı məhkəmədə Eldar Mahmudovu ələ verdi: "2 milyon manat ona çatıb"

27.04.2017, 17:46

Bakı Atatürk Liseyinin şagirdləri hərbçilərlə görüşdülər  

27.04.2017, 17:44

Vəkil: “Lapşinin müalicəsi davam etdirilir”

27.04.2017, 17:40

Moskvada Qarabağ danışıqları qapalı keçiriləcək

27.04.2017, 17:24

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

27.04.2017, 17:22

Sığorta şirkətləri 150 milyondan çox sığorta haqqı toplayıb

27.04.2017, 17:19

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ

27.04.2017, 17:06

Azərbaycan XİN 7 ölkəyə xəbərdarlıq etdi

27.04.2017, 16:56

Sabiq nazir Firudin Cəlivov yenidən əməliyyat olunacaq

27.04.2017, 16:49

“Rauf Qurbanov gedib Azərbaycan tarixini yaxşı oxusun”

27.04.2017, 16:48

ADU-da “Ana, səsin aydın səhər olar...” adlı tədbir keçirilib

27.04.2017, 16:41

"Elba" MMC-nin fabrikində mənşəyi naməlum heyvan ətləri aşkarlandı - FOTOLAR

27.04.2017, 16:40

“AŞPA Türkiyə ilə bağlı ədalətsiz və qərəzlidir”

27.04.2017, 16:33

Ermənistanda vəkilləri iş yerində döydülər

27.04.2017, 16:32

Fuad Muradov parlamentdə seçiciləri qəbul edib

27.04.2017, 16:32

Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb

27.04.2017, 16:32

Əbülfəs Qarayev regional idarələrin fəaliyyətini təftiş etdi

27.04.2017, 16:16

ADU-da Zərifə Əliyevnın xatirəsi ilə bağlı tədbir keçirilib

27.04.2017, 16:13

Putin Yaponiyanın baş naziri ilə görüşüb

27.04.2017, 16:07

Əvf Komissiyası bir məhkumun yerinə başqasının buraxılması iddiasına aydınlıq gətirdi - QALMAQAL

27.04.2017, 16:06

Həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar

27.04.2017, 16:03

AKP-nin növbədənkənar qurultayının vaxtı BİLİNDİ

27.04.2017, 15:59

Əbülfəz Qarayev: “Bəzi çimərliklər standartlara cavab vermir”

27.04.2017, 15:58

Rusiya hərbi gəmisi Türkiyə sularında yük gəmisi ilə toqquşdu - 15 nəfər axtarılır

27.04.2017, 15:56

Bakıdakı “Beşmərtəbə” dairəsi ləğv olundu - FOTOLAR

27.04.2017, 15:43

Azərbaycandakı məhkum uşaqların sayı açıqlandı

27.04.2017, 15:41

Ötən il Azərbaycanda 10 nəfər ömürlük həbs edilib

ARXİV