Modern.az

Noyabrda Azərbaycanın “Eurovision-2010”dakı ifaçısının adı açıqlanacaq

Noyabrda Azərbaycanın “Eurovision-2010”dakı ifaçısının adı açıqlanacaq

3 Oktyabr 2009, 23:11

2010-cu ilin mayında keçiriləcək “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçim mərhələsi həyata keçirilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Tahir Məmmədov Modern.az-a bildirib ki, bu, milli seçimlərin ikinci turu deyil, yeni namizədlərin dinlənilməsi mərhələsi hesab olunur. Milli seçimlərin növbəti mərhələsi İTV-də yerli Təşkilat Komitəsinin iştirakı ilə keçirilibr. Təşkilat komitəsi müsabiqəyə qatılmaq istəyən gənc sənətçilərin müraciətlərini nəzərə alaraq milli seçim turunda əlavə seçim turu keçirib. Əvvəlki dinləmədə olduğu kimi, budəfəkilərin çıxışları da lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb.
T.Məmmədov bildirib ki, bu mərhələdə avqustun əvvəllərində keçirilmiş dinləmələrdə iştirak edənlər yox, yeni namizədlər iştirak edib.
Azərbaycanın “Eurovision-2010” müsabiqəsində təmsilçisi məhz yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşəcək. İTV təmsilçisinin sözlərinə görə, son dinləmədə daha 8 namizəd iştirak edib. Onlardan 6-sı solo ifaçı, 2-si qrup olub.
Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsinin Azərbaycan təmsilçisinin adı bu ilin noyabrında açıqlanacaq. Bu dəfə “Eurovision-2010” müsabiqəsində iştirakçı 46 namizəd arasından seçiləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər