Modern.az

Mlli Məclisinin sədri Oqtay Əsədov Cenevrəyə gedir

Mlli Məclisinin sədri Oqtay Əsədov Cenevrəyə gedir

16 İyul 2010, 16:05

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 18-dən 22-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edəcək. Bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. 
A.Nəsirovun sözlərinə görə, spikerlərin 3-cü Ümumdünya konfransında ölkə parlamentlərinin BMT ilə işi, eləcə də xalqlar və parlamentlər arasında etimadın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. 

Tədbir çərçivəsində Oqtay Əsədovun sədrinin bir sıra ölkələrin spikerləri ilə görüşü gözlənilir.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və başqaları daxildir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, konfransın yekunları üzrə qətnamə qəbul olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır