Modern.az

Suriyada yeni Nazirlər Kabineti təsdiqləndi

Suriyada yeni Nazirlər Kabineti təsdiqləndi

28 Avqust 2014, 09:20



Suriya prezidenti Bəşər Əsəd  yeni Nazirlər Kabinetini təsdiqləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, üçüncü dəfə prezident seçilən Bəşər Əsəd baş nazir Vail əl-Əxlaqinin başçılığı ilə yeni Nazirlər Kabinetini təsdiqləyib. “İnzibati inkişaf” adı altında yaradılan yeni nazirliyə isə prezident seçkilərinə namizədliyini vermiş Həsən ən-Nuri gətirilib. Qeyd edək ki, vətəndaş müharibəsinin davam etdiyi Suriyada iyunun 3-də keçirilmiş prezident seçkilərində 88,7 % səslə Bəşər Əsəd üçüncü dəfə rəhbərliyə gəldi. O, avqustun 10-da baş nazir Vail əl-Əxlaqini yeni höküməti qurmaqla görəvləndirmişdi.

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir