Modern.az

Eks-prezident həbs olundu

Eks-prezident həbs olundu

28 Avqust 2014, 10:01


Misirin baş prokuroru Hişam Bərəkat keçmiş prezident Məhəmməd Mursinin həbs edilməsi haqqında qərar verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, çevrilişlə vəzifəsindən uzaqlaşdıqılan Məhəmməd Mursi haqqında 15 günlük ehtiyat həbs qərarı verilib. Belə ki, Mursi vəzifədə olduğu müddətdə “Misirin milli təhlükəsizliyi barədə sənədlərin Qətərə sızdırılması”nda ittiham olunur. Ona bu səbəblə cinayət işi açılıb.
Məhəmməd Mursi “Burcul Ərəb” həbsxanasına aparılıb. Bu istintaqa Mursinin rəhbəri olduğu “Müsəlman Qardaşları Təşkilatı”nın bəzi üzvləri də cəlb olunacaq.
Qeyd edək ki, Məhəmməd Mursi 2012-ci ilin iyunundan 2013-cü ilin iyuluna qədər Misirin prezidenti olub. O vəzifəsindən çevrilişlə uzaqlaşdırılıb.

Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir