Modern.az

Prezident övladları...

Prezident övladları...

28 Avqust 2014, 21:57

Dövlət başçısının övladı olmağın, prezident ailəsində böyüməyin özəlliyi nə qədərdirsə, məsuliyyəti də bir o qədər böyükdür. Başlıcası ona görə ki, prezident övladlarının həyatı, yaşam tərzi həmişə içtimaiyyətin diqqət mərkəzində olur.

Modern.az saytı prezidentlərlə bağlı növbəti yazıda siyasi liderlərin övladları mövzusuna toxunub.

Azərbaycan prezidenti İlham Əliyevin üç övladı, iki qızı, bir öğlu var.


Ailənin böyük qızı Leyla Əliyeva Heydər Əliyev fondunun vitse-prezidentidir. Leyla xanım ali təhsilini İsveçrədə və Böyük Britaniyada alıb, 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib. “Bakı” jurnalının baş redaktoru olan Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisidir. Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycan Prezidentinin kiçik qızı Arzu Əliyeva İngiltərədə ali təhsil alıb. Bir neçə xarici dildə sərbəst danışa bilən Arzu xanım Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərin və xeyriyyə aksiyalarının ən fəal üzvlərindən biridir.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev Bakı şəhərində fəaliyyət göstərən “ADA” Universitetinin tələbəsidir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın iki qızı var.


Obamalar ailəsinin böyük qızı Malia Enn 1998-ci ilin iyulun 4-də anadan olub. O, Barak Obamanın anasının adını daşıyır. İlk övladlarının dünyaya gəlişindən 10 il sonra Barak Obama ABŞ-ın prezidenti seçilib. Malia dünyaya gələndə Obama doğum evinin qarşısında dünyada ən yaxşı ata olacağına and içib. Malia Enn cəmiyyət arasında olmağı çox sevməsə də, atasının siyasi fəaliyyətində yaxından iştirak edir, Obamanın xarici səfərləri zamanı onu müşaiyət etməkdən xüsusi zövq alır, rəsmi tədbir və qəbullarda iştirak edir. O həmçinin 2009 və 2013-cü illərdə Barak Obamanın inaqurasiya mərasimlərinə də qatılıb.

Amerika prezidentinin kiçik qızı Nataşa 2001-ci ilin iyunun 10-da anadan olub. Ailədə onu Saşa çağırırlar. Nataşa dünyaya gələndə Obama senator vəzifəsində çalışıb. Nataşa Ağ Evin 21-ci əsrdə doğulmuş ilk sakinidir.

2009-cu ildə həyat yoldaşı və qızları ilə Rusiyada səfərdə olarkən jurnalistlərlə söhbətində Barak Obama bildirib ki, kiçik qızına Aleksandr Puşkinin həyat yoldaşının adını qoyub.

Ukrayna prezidenti Pyotr Poroşenkonun dörd övladı var. İki oğlu və əkiz qızları.


Prezidentin böyük oğlu Aleksey 1985-ci ildə anadan olub. Vinnitsa vilayət sovetinin deputatı olan Aleksey Ukrayna kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə hazırda Donetsk vilayəti ətrafında seperatçılara qarşı aparılan mübarizəyə qatılıb. Aleksey Poroşenko 2013-cü ildə ailə həyatı qurub. Atasının böyük maliyyə imkanlarına baxmayaraq toy mərasimi çox da təmtəraqlı keçirilməyib. Geniş ictimaiyyət toy haqqında yalnız üç həftədən sonra Facebook səhifələrindən məlumat əldə ediblər.

Prezidentin əkiz qızları Yevgeni və Aleksandra 2000-ci ildə anadan olublar. Onlar Kiyevdəki 77 saylı xarici dillər liseyində təhsil alırlar. İncəsənətə böyük maraq göstərən Yevgeni və Aleksandra fortepianoya, rəqsə, teatr sənətinə üstünlük verirlər və bu sahələrlə ardıcıl məşğul olurlar.

Poroşenkolar ailəsinin kiçik oğlu Mixail 2001-ci ildə anadan olub. Pyotr Poroşenko kiçik oğluna 1997-ci ildə avtoqəza nəticəsində həlak olmuş qardaşının adını qoyub. Mixail də əkiz bacılarının təhsil aldığı liseydə oxuyur.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iki qızı var.


Putinin böyük qızı Mariya 28 aprel 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Mariya Putina Sankt-Peterburq Dövlər Universitetində təhsil alaraq bioloq ixtisasına yiyələnib.

Vladimir Putinin kiçik qızı Yekaterina isə 31 avqust 1986-cı ildə Drezdendə anadan olub. Həmin dövrdə Putin DTK xətti ilə Almaniyada xidmətdə olub. Yekaterina da bacısının təhsil aldığı universitetdə şərq fakültəsində oxuyub.

Vladimir Putinin qızlarının şəxsi həyatı dövlət sirrlərinin qorunması səviyyəsinə qədər məxfi saxlanılır. Onlar hətta media nümayəndələrinin hədəfinə çox nadir hallarda düşürlər.

Xarici mətbuatın yazdığına görə Mariya Rusiya oliqarxlarının biri ilə ailə həyatı qurub və onların toy mərasimi 2005-ci ilin iyun ayında qapalı şəkildə Yunanstanda, Santorin adasında baş tutub.

2010-cu ildə yayılan qeyri-rəsmi məlumatlara görə, Katerina Putina Koreyanın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşının oğlu ilə ailə qurmağa qərar verib. Putin əvvəlcə buna razılıq verməsə də, sonradan həmin ailənin üzvləri ilə görüşərək nikaha razı olduğunu bildirib.

2010-cu ildə Putinə qızlarının həyatının belə gizli saxlanılması ilə bağlı sual verəndə o terror hədələrinə görə övladlarının həyatından narahat olduğunu söyləyib.

Ermənistan prezidenti Serj Sarkisyanın iki qızı var.


Böyük qızı Anuş ixtisasca hüquqşqnasdır. O, Ermənistanın Vatikandakı səfiri Minasyanla ailə həyatı qurub.

Sarkisyanın kiçik qızı Satenik isə İrəvan Dövlət Universitetini iqtisadiyyat fakültəsində ali təhsil alıb.

Xatırladaq ki, son günlər Ermənistan prezidenti Serj Sarkisyanın böyük qızı Anuşun olduğu iddia edilən porno görüntüləri Youtube-da yayılıb.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir