Modern.az

Ramil Səfərovun anası dünyasını dəyişib

Ramil Səfərovun anası dünyasını dəyişib

Təhsil

4 Oktyabr 2009, 18:16
Modern.az bir neçə gün öncə Macarıstanın Budapeşt şərindəki həbsxanada ömürlük cəza çən azərbaycanlı zabit Ramil Sərovun anası Nübar Səfərovanın ağır xəstə olduğunu xəbər vermişdi. Ramil Səfərovun atası Sahib Səfərov əmkdaşımızla söhbət zamanı hər zaman oğlunun nigarançılığını çən Nübar xanım ağır xəstəlikdən müalicə olunduğunu söyləmişdi.
Oktyabrın 3-də vəziyyəti ağırlaşan Nübar Səfərova vəfat edib.
S.Sərovun saytımıza bildirdiyinə görə, həkimlər onkoloji xəstəlikdən müalicə olunan 1950-ci il təvəllüdlü N.Səfərovanı həyatda saxlamaqda çətinlik çəkiblər. 
Hələlik anasının vəfatı xəbəri Ramil Səfərova çatdırılmayıb. Amma ailəsi uzun müddət bu üzücü xəbəri ondan gizlətmək niyyətində deyil. 

Xatırladaq ki, Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.    


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi