Modern.az

Ancelina Coli və Bred Pitt evləndilər

Ancelina Coli və Bred Pitt evləndilər

29 Avqust 2014, 00:49
Ancelina Coli ilə Bred Pittin Fransada nikah mərasimi keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün evlilik mərasimi avqustun 23-də baş tutub və yalnız ailə üzvləri ilə dostları iştirak ediblər. Hollivudun kino ulduzlarının münasibəti 2005-ci ildə “Mister və missis Smit” filminin çəkilişləri zamanı yaranıb. Pittlə Colinin altı uşağı var, onların üçü övladlığa götürülüb.



Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir