Modern.az

Krım tatarlarının lideri Poroşenkonun blokundan namizəd olacaq

Krım tatarlarının lideri Poroşenkonun blokundan namizəd olacaq

29 Avqust 2014, 12:34


Krım tatarlarının lideri Mustafa Cəmilov parlament seçkilərində prezident Pyotr Poroşenkonun komanda üzvləri ilə iştirak edəcək. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, Ali Radaya deputat seçilmək üçün Poroşenkonun blokundan namizədliyini irəli sürəcək. Cəmilovun sözlərinə görə, ona keçmiş baş nazir Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” Partiyasının siyahısına da namizəd kimi daxil olmaqla bağlı təklif edilib:

“Timoşenko şəxsən mənə müraciət edib. Ancaq indi prezidentin bloku yaranır. İstəyirəm ki, prezidentin bloku ilə seçkiyə qatılıb bütün demokratik qüvvələrin gücünü birləşdirək. Buna görə prezidentin təklifini qəbul edib onun blokunun siyahısı ilə seçkilərdə iştiraka üstünlük verəcəyəm”.

Onun sözlərinə görə Poroşenkonun seçki blokuna Krım-tatar xalqı Məclisinin rəhbəri Refat Çubarov da daxil ola bilər. 

Qeyd edək ki, avqustun 20-də Poroşenko Cəmilovu Krım-tatar xalqlarının işi üzrə müvəkkil təyin edib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir