Modern.az

60 yaşını qeyd edən Lukaşenko: “Həyatımın ən bərbad günüdür”

60 yaşını qeyd edən Lukaşenko: “Həyatımın ən bərbad günüdür”

Dünya

30 Avqust 2014, 12:52

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün 60 illik yubileyini qeyd edir. Artıq 20 ildir (1994-cü ildən) ölkə başçısı olan Lukaşenko bundan başqa, Belarus Milli Olimpiya Komitəsinin prezidenti və Təhlükəsizlik Şurasının sədridir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı ad gününü təntənəli qeyd etməyi sevmir.

“Bu gün həyatımın ən bərbad günüdür, çünki belə gündə sən 1 il daha qocalırsan”, – deyə Lukaşenko 2010-cu ildə verdiyi müsahibələrinin birində etiraf etmişdi. Ad günündə daha da gərgin iş qrafikində çalışdığını söyləyən Belarus prezident buna görə yaxınlarının onu adətən avqustun 31-də təbrik etdiyini deyir. 

2010-cu ildə 4-cü müddətə prezident seçilən Aleksandr Lukaşenko insan haqlarının pozulması, müxalifətə təzyiqlər və qeyri-şəffaf seçkilər keçirdiyinə görə Qərb ölkələri tərəfindən “Avropanın sonuncu diktatoru “ adlandırılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır