Modern.az

NATO generalı: “Kiyev Ukraynanın şərqindəki müharibəni uduzub”

NATO generalı: “Kiyev Ukraynanın şərqindəki müharibəni uduzub”

2 Sentyabr 2014, 11:40

Yüksək vəzifəli NATO generalı Ukrayna hakimiyyətinin ölkənin şərqində apardığı müharibədə məğlub olduğunu düşünür. Modern.az xəbər verir ki, bu barədə general Almaniyanın “Spiegel” jurnalına müsahibəsində deyib. “Hərbi mənada Kiyev münaqişəni uduzub”.

Jurnalın məlumatına görə, NATO rəhbərliyi Şərqi Ukraynadakı hərbi vəziyyətə yeni yanaşma sərgiləyir: “Ukrayna prezident Pyotr Poroşenkonun  isə rusların mühasirəsində olan hərbçilərini azad etmək üçün danışıqlar aparmaqdan başqa çarəsi yoxdur. Faktiki olaraq Kiyev ölkənin şərqinə nəzarəti əldən verib”.

“Spiegel”in məlumatına görə, hazırda NATO komandanlığının əsas diqqəti Rusiya meylli qüvvələrin mühasirəsində olan sənaye mərkəzi və liman şəhəri Mariupol ətrafındakı döyüşlərə yönəlib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı