Modern.az

Ukraynada böyük döyüş gedir

Ukraynada böyük döyüş gedir

2 Sentyabr 2014, 12:58



Ukraynanın müdafiə naziri Rusiyanın böyük bir döyüş başlatdığını və bunun on minlərlə insanın ölümünə səbəb ola biləcəyini söyləyib. Modern.az xarici KİV_ə istinadən xəbər verir ki, bu açıqlama Ukrayna hərbi qüvvələrinin ölkənin şərqindəki Luqansk vilayətindəki hava limanından çəkilmək məcburiyyətində qalmasının ardından yayılıb. “Böyük bir döyüş qapımızın qarşısına gəldi” deyən Ukraynanın müdafiə naziri Valeri Qeleteyin fikrincə,  bu İkinci Dünya Müharibəsindən bu yana bənzəri görülməyən bir döyüş ola bilər: “Təəssüf ki, belə bir döyüşdə itkilər yüzlərlə deyil, minlərlə və on minlərlə ölçüləcək”.

Rusiya isə Ukraynanın və Qərbin iddialarını rədd edərək Ukraynadakı üsyançılara əsgər və təchizat köməyi etmədiyini iddia edir.

  Ukrayna prezidenti Pyotr Poroşenko da Rusiyanı doğrudan və açıqca ölkəsinə hücum etməklə günahlandırıb.   Keçdiyimiz günlərdə NATO 1000-ə qədər Rusiya əsgərinin Ukrayna sərhədini keçdiyini və ölkənin şərqindəki terrorçulara kömək etdiyini açıqlayaraq və buna dair peyk fotoşəkilləri nümayiş etdirıb.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir