Modern.az

Sabah Türkiyə Qəzetçilər Federasiyasının sədri Azərbaycana gəlir

Sabah Türkiyə Qəzetçilər Federasiyasının sədri Azərbaycana gəlir

Media

20 İyul 2010, 10:44

Modern.az saytı xəbər verir ki, sabah Türkiyəli jurnalistlər qrupu Azərbaycana gələcək. Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) dəvətilə Bakıya gələcək nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının (TGF) sədri Atilla Sertel rəhbərlik edəcək. Nümayəndə heyətinin üzvləri isə NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkayadır.

PJB sədri Elşad Eyvazlı bildirib ki, qonaqları Prezident Administrasiyasının ictimai-siyası şöbəsinin müdiri Əli Həsənov da qəbul edəcək: “Bundan başqa, türkiyəli həmkarlarımız Pezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyini, Mətbuat Şurasını, bir sıra TV və qəzet redaksiyalarını, agentlikləri zıyarət edəcəklər. Qonaqlar “Türkiyə mətbatı və Qarabağ” mövzusunda mətbuat konfransı da keçirəcəkər. Onlar Milli Mətbuatımızın 135 illik yubileyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə də qatılacaqlar. TGF-nin nümayəndə heyəti iyulun 25-də Türkiyəyə dönəcək”.

Qeyd edək ki, məhz PJB ilə TGF  arasında əldə olunan razılaşmaya əsasən 2010-cu il Türkiyə mətbuatı üçün “Qarabağ ili” elan olunub və  indiyə qədər Türkiyənin Ankara, İzmir də daxil olmaqla 10-dan artıq bölgəsində “Ermənlərin Azərbaycanfda törətdikləri soyqırım fotolarda” adlı sərgi keçirilib. TGF rəhbərliyi bu ilin sonuna qədər Türkiyənin əksər bölgəsində bu sərgini keçirməyi planlaşdırır. Türkiyəli jurnalistlər Azərbaycan həqiqətlərini yalnız Türkiyə mətbuatında deyil, dünyanın ayrı-ayrı ölkələrinin mətbuatında dərc etmək üçün də çalışacaqlarını bildiriblər.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir