Modern.az

Nazirlər Kabinetinə 5 qadın nazir gətirildi

Nazirlər Kabinetinə 5 qadın nazir gətirildi

Dünya

3 Sentyabr 2014, 21:35



Modern.az
xarici KİV-lər istinadən xəbər verir ki, Yaponiyanın baş nazir Şinzo Abe ilk dəfə olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər aparıb. Sentyabrın 3-də İmperator sarayında keçirilən mərasimdən sonra Nazirlər Kabineti yeni tərkibdə rəsmi olaraq fəaliyyətə başlayıb.
18 nazirdən ibarət olan Nazirlər Kabinetinin 12 üzvü yeni təyinat alanlardır.
Baş nazir köhnə komandadan 6 naziri öz vəzifəsində saxlayıb.
Maraqlıdır ki, yeni hökumətin tərkibində beş qadına yer verilib.
Baş nazir Ş.Abe bəyan edib ki, qadınların cəmiyyətdə rolunun artırılması hökumətin əsas vəzifələrindən biridir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!