Modern.az

Birinci ledinin səs-küylü intiqam kitabı

Birinci ledinin səs-küylü intiqam kitabı

4 Sentyabr 2014, 11:04


Fransa prezidenti Fransua Ollandın keçmiş sevgilisi Valerie Trierveylerin bu gün satışa çıxan “Hələlik Təşəkkürlər” kitabında qələmə aldığı detallar ölkədə böyük əks-sədaya səbəb olub. Modern.az xəbər verir ki, Fransanın “Paris” Match jurnalı “Mərci pour le moment” (“Hələlik Təşəkkürlər”) adlı kitabda Ollandın aktrisa Julie Qaye ilə əlaqəsinə və Trierveyler ilə ayrılıqlarına dair maraqlı detallar yer alıb.

Trierveyler Qaye və Ollandın bir-biri ilə münasibəti olduğunu öyrəndiyi günü, “Yataqda televiziya izləyirdik. Xəbəri gördüm. Doğru olub-olmadığını soruşdum. Gözlərini qaçırdı. Sonra duşa qaçıb içində yuxu dərmanları olan çantanı götürdüm. Fransua da arxamdan gəldi. Əlimdəki çantanı çəkincə cırıldı. Yerə düşən dərmanlardan ala bildiyim qədərini uddum. Önümdəki saatları yaşamaq istəmirdim. Yatmaq, qaçmaq istəyirdim”, - cümlələri ilə izah edib. Buradan belə başa düşmək olur ki, keçmiş birinci ledi intihar etməyə çalışıb.

Trierveyler ayrıldıqdan sonra Ollandın ona gündə təxminən 29 mesaj atdığını da yazıb: “Mənə ehtiyacı olduğunu söyləyirdi. Hər gecə onunla yemək yeməyimi təklif edirdi. Məni seçkilər kimi qazanacağını söyləyirdi”. Trierveyler Ollandın evlənmə təklif etdiyini də qeyd edib.

Trierveylerin kitabında Ollandın kasıbları sevmədiyinə dair bir də detal yer alıb: “Özünü zənginləri sevməyən bir adam olaraq tanıdır. Amma əslində respublika başçısı kasıbları sevmir. Onlara “dişsizlər” deyir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir