Modern.az

Fəxriyyə Xələfova və bacısı - oxşarlar: modelyer və professor - FOTO

Fəxriyyə Xələfova və bacısı - oxşarlar: modelyer və professor - FOTO

Mədəni̇yyət

6 Sentyabr 2014, 12:00


Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bacısı Bakı Dövlət Universitetinin professorudur. Modern.az saytı bacıların birgə çəkdirdiyi fotonu tədim edir. Məşhur modelyerin bacısı haqda ictimaiyyət az məlumatlıdır.

Məşhur Xələfbəyovlar nəslindən olan Fəxriyyə Xələfova 31 dekabr 1969-cu ildə Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Universitetini (1990), aspiranturanı (1994), Türkiyə Ali İxtisaslaşdırılmış Bədii Dizayn Məktəbini (1997) bitirib. 1988-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilib.
F.Xələfova "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. Beynəlxalq müsabiqələrdə diplom və mükafatlara layiq görülüb.

Fəxriyyə Xəlofovanın bacısı Sevinc Hacıyeva Bakı Dövlət Universitetinin professoru, kimya elmləri doktorudur.
1966-cı ildə Bakıda anadan olmuş Sevinc Hacıyeva 1973-1983-cü illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə oxuyub. 1983-1988-ci ildə BDU-nun kimya fakültəsini «Fərqlənmə» diplomu ilə bitirib. 1989-1993-cü illərdə AMEA-nın Kimya Problemləri İnstitutunun əyani aspirantı olub. 1994-cü ildə «Ge, As//X1, X2 (x-xalkogen) qarşılıqlı sistemlərdə şüşə əmələ gəlmə» mövzusunda  kimya elmləri namizədi alimlik dərəcəsi alıb.
2002-ci ildə «Germanium, arsen, stibium, bismut və nadir torpaq elementlərinin çox komponentli kristallik və şüşəvari xalkogenidlərinin və onların əsasında lüminaforların sintezinin fiziki-kimyəvi əsasları» mövzusunda doktorluq dissertasiyası müafiə edib.
2004-cü ildə professordur
Sevinc Hacıyeva 1995- 2004-cü ilə kimi BDU nun kimya fakultəsində dosent vəzifəsində çalışıb. 2004-cü ildən «Ekoloji kimya» kafedrasının müdiridir. 200-dən çox elmi əsərin müəllifidir. Hazırda «Ekoloji kimya» kafedrasının müdiridir.

Qeyd edək ki, bacıların anası Rəfiqə Əliyeva da hazırda Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvüdür.

Ataları isə Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovdur.

Rafiq Xələfov 1979-1989-cu illərdə Azərbaycanda avtomobil yollarının istismarı və tikintisi naziri vəzifəsində işləyib. Məhz həmin illərdə Azərbaycanda avtomobil yollarının şəbəkəsi tam formalaşıb. R.Xələfov 1989-1993-cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri, baş nazirin müşaviri işləyib. 1993-cü ildən başlayaraq "Xalq üçün mallar" Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışıb. 1997-ci ildə baş nazirin müavini təyin edilib. Eyni zamanda iki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1998-ci ildə 59 yaşında dünyasını dəyişib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir