Modern.az

Ermənilər türklərə Göy məsciddə namaz qılmağa icazə vermədilər

Ermənilər türklərə Göy məsciddə namaz qılmağa icazə vermədilər

6 Sentyabr 2014, 23:20


Aralarında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), Asimder kimi 14 vətəndaş cəmiyyət quruluşu nümayəndəsinin olduğu türkiyəli heyət Ermənistanın paytaxtı İrəvana gedib Göy məsciddə namaz qılmaq istəsə də, bu, işğalçı dövləti tərəfindən rədd edilib.

Modern.az saytı xəbər verir ki, mövzuyla əlaqədar olaraq mətbuata açıqlama verən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibi Mehmet Azəritürk və İğdır Azərbaycan Evi Dərnəyi başqanı Sərdar Ünsal bildiriblər ki, bu rədd qərarı Ermənistanın səmimiyyətsizliyini, Türkiyə ilə dialoq tərəfdarı olmadığını ortaya qoydu:

"14 vətəndaş cəmiyyəti quruluşunun nümayəndələrindən ibarət qrupun Ermənistanı ziyarət müraciəti bu dövlətin Tiflisdəki səfirliyi tərəfindən rədd edildi. Hər gün xoşgörüşdən danışan, illərdir Akdamarda ibadət edənlər dövlət siyasəti olaraq türklərin turistik bir ziyarətini belə, çox gördülər, buna dözümsüz yanaşdılar. Belə olan halda o dövlət hansı sərhədlərin açılmasını istəyir, bu maraqlıdır. Yoxsa sərhədlər açılıncadamı bizləri ora buraxmayacaqlar? Yoxsa qapıları tək tərəflimi açmamızı istəyirlər? Ermənilər Türkiyəyə gəlsinlər, amma türklər əsla Ermənistana gəlməsinlər deyəmi düşünürlər? Bu, şikəst bir məntiqdir. Bu məntiq ancaq “daşnak məntiqi” deyə ifadə edilə biləcək qədər dayaz bir düşüncədir. Bizlər iddiamızdan imtina etməyəcəyik, madam barış, sərhəd qapılarını açmağımızı istəyirlər, o zaman bizlərin də ata yurdu olan İrəvana getməmizi qəbul edəcəklər. Dözəcəklər. Unudulmamalıdır ki, bizlər oraya döyüşməyə getmirik. Kin, nifrət qusmağa da getmirik. Bizlər ziyarət etmək, bəlkə bir ilk addımı atmağa gedirik. Bundan qorxanlar bu addımların altında qalarlar. Tarix, kin və nifrəti həmişə məhkum edib. Bu kini, bu dözümsüzlüyü də məhkum edəcək".

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibi Mehmet Azəritürk və İğdır Azərbaycan Evi Dərnəyi başkanı Sərdar Ünsal daha sonra bildiriblər:

"Gələn il də müraciət edəcəyik. Bilirik ki, yenə qəbul etməyəcəklər. Bu da göstərəcək ki,  ermənilər barışdan deyil, kin və nifrətdən yanadırlar. Bizlərə icazə verməmələrinin səbəbi Azərbaycan dövlətinin və xalqının yanında olmağımız, ermənilərin vəhşiliyini, işğalçılığını, daşnak zehniyyətini bütün dünyaya car çəkməyimizdir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi