Modern.az

Bu gün müəllimlərin peşə bayramıdır

Bu gün müəllimlərin peşə bayramıdır

5 Oktyabr 2009, 10:41

5 oktyabr Beynəlxalq müəllimlər günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edir.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda 170 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir. Texniki peşə təhsili müəssisələrində 3670 pedaqoji işçi çalışır. Dövlət orta ixtisas məktəblərində 6935, özəl texnikumlarda isə 50 müəllim işləyir. Dövlət ali məktəblərində 12450, özəl ali məktəblərdə isə 1960 müəllim fəaliyyət göstərir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı